`Türkiyədən hərbi məhsullar alırıq və alacağıq` - İlham Əliyev


19:45     31 Oktyabr 2017 Cenab%20Prezident2.jpg

"Hərbi əməkdaşlıq Türkiyə və Azərbaycan arasında gündəlikdə duran məsələdir".


Femida.az xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bu il 3 dəfə birgə hərbi təlimlər keçildiyini xatırladıb.

"Təlimlərdən ikisi Bakıda, biri Naxçıvanda keçirilib. Bu da bizim hərbi sahədə əməkdaşlığımız gücləndirən amildir. Hərbi texniki sahədə də əməkdaşlığımız davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün çox maraqlıdır. Biz Türkiyədən hərbi məhsullar alırıq və alacağıq", - deyə prezident vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1198


Oxşar xəbərlər